Səhifəmiz xoşunuza gəldimi?
e-telebeler.com bütün tələbələrin görüş yeri olmalıdir fikrinə münasibətiniz nədir?
Magistr vəya doktorantura təhsili almış şəxslərin hərbi xidmətə çağrılmasına necə bax
elcno | search
Son xəbərlər

Təhsil naziri Misir Mərdanov “Pilot məktəblərin müəyyənləşdirilməsi haqqında” əmr imzalayıb. Həmin əmr “Azərbaycan Respublikası Prezidentinin “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə bağlı nazirliyin fəaliyyət planına  uyğun olaraq verilib.       Əmrə əsasən istedadlı uşaq və gənclərin aşkara çıxarılması, nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin nəticələrinin sınaqdan keçirilməsinə şərait yaradılması üçün 32 təhsil  müəssisəsi müəyyənləşdirilib. Eyni zamanda pilot məktəblərin imkanlarından səmərəli istifadə etməklə tədqiqatların yekununa dair elmi-metodik tövsiyələrin və vəsaitlərin hazırlanması istiqamətində tədbirlər görülməsi, lazımi şəraitin yaradılması məqsədilə müvafiq şəxslərə tapşırıqlar verilib.